Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Texniki əməkdaşlıq proqramı çərçivəsində Salyan rayonunun Şorsulu kəndində “Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın və Torpaqların Konsolidasiyası üzrə pilot layihənin hazırlanmasına dəstək” layihəsi üzrə icma inkişafına dair yekun seminar keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Azərbaycanda Meliorasiya və Su Təsərrüfatı ASC-nin məsul şəxsləri, yerli icra hakimiyyətiyyətinin nümayəndələri və fermerlər iştirak edib.

İştirakçılara layihənin məqsəd və vəzifələri, torpaq sahələrinin konsolidasiyasının əhəmiyyəti, aktuallığı, qabaqcıl ölkələrin bu sahədə mövcud təcrübəsi barədə məlumatlar verilib. Daha sonra layihə çərçivəsində əldə olunan nəticələrlə bağlı təqdimat keçirilib. Seminar iştirakçılarına layihənin icrası zamanı əldə edilən təcrübə, bilik və bacarıqlar barədə məlumat verilib. Tədbirdə gələcəkdə layihənin nəticələrinin tətbiqi perspektivləri müzakirə olunub.