76-cı Venesiya Film Festivalı maraqlı məqamları ilə yadda qalıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, qırmızı xalıdan keçən məşhurlar hər dəfə geyimləri ilə göz oxşamağı bacarırlar.

Onlardan biri isveçli model Elsa Hosk olub. 30 yaşlı "Victoria's Secret" mələyi qara, zərif libası və səmimi davranışları ilə diqqət mərkəzində olub.

Onun dərin kürək dekoltesi isə geyiminə ayrı bir gözəllik verib. Hosk tədbirdən fotoları İnstaqram hesabında paylaşıb.