Gürcüstanda hava şəraiti yenidən  kəskin dəyişəcək. 

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan Ətraf Mühit Milli Agentliyi məlumat yayıb.

Məlumata görə,  avqustun 30-31-də ölkə ərazisində güclü yağışlar yağacaq. Bəzi bölgələrdə dolu düşəcək, güclü külək əsəcək. Qara dənizin Gürcüstan sahillərində 4-5 ballıq qasırğa gözlənilir. Sahilboyu qırmızı fənərlər yandırılıb, dənizə girmək qadağandır.

Məlumata görə, güclü leysan nəticəsində çaylarda suyun səviyyəsi qalxacaq, torpaq sürüşməsi təhlükəsi var.