Bakının Suraxanı rayonunda kütləvi dava zamanı bıçaqlanma hadisəsi baş verib.

Unikal.org  APA-ya istinadən xəbər verir ki, insident Hövsan qəsəbəsində qeydə alınıb. 

Bir neçə nəfər dost arasında yaranmış mübahisə kütləvi davaya çevrilib. Bu zaman 2000-ci il təvəllüdlü Nəbili Nail Azər oğlu bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. 

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.