Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Şamil Əzizbəyov küçəsində 1987-ci il təvəllüdlü Həsənov Vüsal Akif oğlu binadan yıxılaraq ağır xəsarət alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumata görə, V.Həsənov binanın fasadını təmir edərkən yıxılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.