İspaniyanın məşhur müğənnisi və rəqqası Coana Sayns konsert zamanı faciəli şəkildə səhnədə həyatını itirib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, rəqs zamanı səhnədə priotexniki vasitələrlə şou nümayiş olunub. Fişənglərdən birinin partlaması nəticəsində onun içindəki vasitələr 30 yaşlı rəqqasın qarın nahiyyəsinə tuş gəlib. O, aldığı xəsarətlər nəticəsində həyatını itirib.

Məlumata görə, hadisə zamanı səhnədə 15 rəqqas olub. Digərləri xəsarət almayıb. Polis Las Berlanas qəsəbəsində baş verən hadisə ilə bağlı araşdırmalar aparır. İlkin ehtimala görə, şirkət priotexniki vasitənin istehsalı zamanı səhvə yol verib. Fişəngin içinə səhvən başqa maddələr doldurulub və nəticədə partlayış qaçılmaz olub.