Azərbaycanda əcnəbi xarici vətəndaşın çantasından oğurluq etdiyinə görə saxlanılıb. 

Unikal.org-a DİN-dən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 30-da əcnəbi vətəndaşın çantasından 580 ABŞ dolları, 4 ədəd pasport və 3 ədəd doğum haqqında şəhadətnamə oğurlamaqda şübhəli bilinən digər əcnəbi vətəndaş D.Norredine saxlanılıb.