İndoneziyanın Sulavesi adasında yaşayan bir qadın həyat yoldaşının boynundan dişləməsi nəticəsində dünyasını dəyişib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, həkimlərin səyinə baxmayaraq xəstəxanaya aparılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisədən sonra qaçan adamın kolluqda gizləndiyi bildirilib. Ailənin yaxınları isə kişinin ağlının yerində olmadığını iddia ediblər.