Bakı-Qazax magistiral avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən məlumatına görə, hadisə rayonun Dəllərcəyir kəndi ərazisində qeydə alınıb.

Belə ki, Türkiyədən gələn avtobus yük maşını ilə toqquşub, azı 10 nəfər yaralanıb. Qəza nəticəsində ölənlərin olduğu bildirilir.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb.

Qəzaya düşən “Mercedes” markalı avtobus İstanbul-Bakı marşrut xətti üzrə hərəkət edirmiş. Avtobusda sürücü, sürücünün köməkçisi və 52 sərnişin olub. Şahidlərin bildirdiyinə görə, qəzaya səbəb “Şaqman” markalı yük maşınının avtobusa çırpılması olub.

Qəzada yaralanan qadın açıqlamasında deyib ki, qəza nəticəsində sürücünün köməkçisi elə hadisə yerində keçinib: “ Hər kəs bir-birini tapdalayıb avtobusdan düşməyə çalışırdı. Avtobusda uşaqlar da vardı. Hamımız düşüb baxdıq ki, yük maşını avtobusa çırpılıb. Bəzi sərnişinlər yolda maşın saxlayıb minib evlərinə getdilər. 

Faktla bağlı araşdırma aparılır.

ƏVVƏL 08:47

***

YENİ-10:25

Şəmkir rayonunda sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində xəsarət alanların adları məlum olub. 

Unikal.org report-a istinadən xəbər verir ki, bunlar Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Çinarə Eyub qızı İmamxanova, 1992-ci il təvəllüdlü Xəyyam Ümidvar oğlu Mirəliyev, 1966-cı il təvəllüdlü Göyçək Mehralı qızı Sərxanova, 1946-cı il təvəllüdlü Qələm Cavad qızı Süleymanova, 1978-ci il təvəllüdlü Arzu Mətləb qızı Kazımova, 1957-ci il təvəllüdlü Gülsüm Məhəmmdağa qızı Əliyeva, 1989-cu il təvəllüdlü Növrəstə Qardaşxan qızı Babayeva, 1997-ci il təvəllüdlü Nicad Gəray oğlu Əliyev, Günel Qurbanəliyeva, Sevinc Əmiraslanova, Türkiyə vətəndaşları Darmış Ruzin və 1983-cü il təvəllüdlü Şener Yavuz Süleyman. 

Yaralılardan ikisinin vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.