Kürdəmir rayonunda zəhərlənmə olub.

Unikal.org xəbər verir ki, 1996-cı il təvəllüdlü rayon sakini Hüseynov Ceyhun Vahid oğlu bilmədən turşu sirkəsini içərək zəhərlənib.

O, dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan, Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.