18 Oktyabr 2019
Mahir Emrelinin evi soyuldu
Mahir Emrelinin evi soyuldu HADİSƏ 15:06 2019-09-11

Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub.

Unikal.org "Report"a istinadən xəbər vrerir ki, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb.

Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.