15 Noyabr 2019
14 Noyabr 2019
Sumqayıtda içində avtomobil olan təmir sexi yandı
Sumqayıtda içində avtomobil olan təmir sexi yandı HADİSƏ 08:52 2019-09-12

Sumqayıtda avtomobil təmir sexi yanıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, Sumqayıt şəhərində ümumi sahəsi 30 m² olan avtomobil təmiri sexinin içərisində elektrik sayğacı, 5 p.m elektrik kabeli və avtomobil mühərriki yanıb.

Yüksək temperaturdan sexin lambirindən ibarət tavanı 30 m² sahədə əriyib və içərisində "Mercedes" markalı minik avtomobilinin qapısı deformasiyaya uğrayıb.

Sex və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.