Space tv-də yayımlanan “Sadə həqiqətlər” verilişinin növbəti qonağı xalq şairi Sabir Rüstəmxanlı olacaq.

Unikal.org xəbər verir ki, xalq şairi “Sadə həqiqətlər” verilişində heç vaxt səsləndirmədiyi bəzi siyasi hadisələri olduğu kimi danışıb. Məsələn, Elçibəy  tərəfindən Bakıya dəvət olunan Heydər Əliyev həmin günün axşamı Sabir Rüstəmxanlıya zəng edərək çox sərt açıqlama verir. Həmçinin Heydər Əliyev dövlət  tədbirlərin birində iştirak edən zaman Sabir Rüstəmxanlı ilə söhbət edir və müxalifət liderləri haqqında maraqlı fikirlər səsləndirir. Verilişdə Sabir Rüstəmxanlı həm də radikal müxalifətlə bağlı sərt açıqlamalar verib.

Qeyd edək ki, veriliş bu gün saat 21-50-də yayımlanacaq.