17 Oktyabr 2019
16 Oktyabr 2019
Qalada bir gecədə 3 maşın soyuldu
Qalada bir gecədə 3 maşın soyuldu HADİSƏ 14:31 2019-09-17

Xəzər rayonunda bir gecədə 3 avtomobildən oğurluq edilib.

Unikal.org xəbər verir ki, hadisə rayonun Qala qəsəbəsində baş verib.

Məlumata görə, naməlum şəxs və ya şəxslər “Hundai” və “Mercedes” markalı avtomobillərin şüşələrini qıraraq salonlarında olan pul və qiymətli əşyaları oğurlayıblar.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisəni törədən şəxs və şəxslərin axtarışları davam etdirilir.