16 Oktyabr 2019
ATMU-da inglis dili fənni tədris olunacaq
ATMU-da inglis dili fənni tədris olunacaq CƏMİYYƏT 10:25 2019-09-18

2019-2020-ci tədris ili ərzində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət departamentinin təşkilatşılığı ilə ölkəmizin müxtəlif ali təhsil müəssisələrində “English Language Teaching Assistant” proqramı çərçivəsində ingilis dili fənnin tədrisi təşkil olunacaq.

Unikal.org xəbər verir ki, Azərbaycan universitetlərində adıkeçən proqramın icrasını təxminən 10 nəfərə yaxın müəllim həyata keçirəcək. Proqramın təşkilində başlıca məqsəd ölkə üzrə ali təhsil müəssisələri tələbələrinin inglis dili səviyyələrini yüksəltmək, eyni zamanda müvafiq fənn müəllimlərinin pedaqoji bilik və bacarıqlarını təmin etməkdir. 

Azərbaycan Turizm və Menecmenet Universitetində (ATMU) “English Language Teaching Assistant” proqramı çərçivəsində proqramlaşdırılan inglis dili fənni xanım Alangoya Tezel tərəfindən tədris ediləcək.