Antaliyanın Manavgat mahalında valyutadəyişmə məntəqəsinə gələn hicablı qadın fırıldaqçılıq etmək istəyib.
Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, məntəqə əməkdaşı Mehmet Varol qadının iş yerinə girdikdən sonra 500 avronu özünə uzadaraq dəyişdirmək istədiyini bildirib. "Mənə 500 avro pul verdi ki, onu dəyişim. Mən də bu məbləğin qarşılığında 1615 Türk lirəsini sayaraq ona verdim. Sonra qadın 500 avronun qarşılığının 1670 lirə olduğunun dedi. Mən isə avronu qaytardım və Türk lirəsini mənə verməyi tələb edtim və aldım. Türk lirəsini pul sayma maşınına qoyduğumu görən qadın əlindəki pulqabının altında gizlətdiyi 100 Türk lirəsini bu da sizin deyərək mənə uzatdı. Pulu saymasaydım qadın 100 lirəni oğurlayıb gedəcəkdi. Sonra o məntəqədən çıxdı və soyunaraq qışqırmağa başladı".
Hadisə yerinə gələn polis əməkdaşları kamera görüntülərini alaraq qadının tapılması üşün işə başlayıb.