Binəqədidə oğurluq qeydə alınıb.

Unikal.org DİN mətbuat xidmətinə istinadən verdiyi məlumata əsasən, faktla bağlı Binəqədi rayon 6-cı Polis Bölməsi və Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları birgə əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə Binəqədi qəsəbəsinin ərazisində “VAZ-2107” markalı avtomobildən içərisində 105 manat və sənədlər olan pulqabını oğurlamaqda şübhəli bilinən C.Hüseynov saxlanılıb.