İngilis aktrisası Loran Brem müəmmalı şəkildə qətlə yetirilib.

Unikal.org xəbər verir ki, onun cəsədi alış-veriş mərkəzinin damında tapılıb.

Polis bir gün öncə həmin əraziyə yaxın evlərin birində səhərədək parti olduğunu öyrənib.

Hadisədən sonra 52 yaşlı bir kişi şübhəli qismində saxlanılıb. Lakin o, dindirildikdən sonra zaminə buraxılıb.

Qeyd edək ki, faktla bağlı araşdırmalar davam edir.