23 Oktyabr 2019
Prezident icra başçısını orden ilə təltif etdi
Prezident icra başçısını orden ilə təltif etdi SİYASƏT 13:46 2019-09-21

Prezident İlham Əliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şaban oğlu Şəkiliyevi orden ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Musa Şaban oğlu Şəkiliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin."