İspaniyanın "Real Madrid" komandasının futbolçusu Ferlan Mendi zədələnib.

Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı cinah müdafiəçisinin sol ayağında problem aşkarlanıb. Fransalı oyunçunun 2-3 həftə yaşıl meydanlardan kənarda qalacağı vurğulanıb.

Qeyd edək ki, Mendi iyun ayında Fransa "Lion"undan "Real Madrid"ə keçib.