23 Oktyabr 2019
Eldar Quliyev Soçidə QDİƏT-in iclasında iştirak edir
Eldar Quliyev Soçidə QDİƏT-in iclasında iştirak edir REPORTAJ 15:28 2019-09-25

Bu gün Rusiya Federasiyasının Soçi şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Hüquqi və siyasi məsələlər komitəsinin 54-cü iclası keçirilir.

Unikal.org xəbər verir ki, iclasda Milli Məclisin deputatları, Azərbaycanın QDİƏT PM-dəki nümayəndə heyətinin rəhbəri, QDİƏT PM-in sədr müavini, qurumun Hüquqi və siyasi məsələlər komitəsinin sədr müavini Eldar Quliyev və İlham Əliyev iştirak edirlər.

Tədbirdə milli nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev “Qara Dəniz İqtisadi Əməkdaşlığı regionunda nəqliyyat marşrutlarının hüquqi və siyasi aspektləri” mövzusunda çıxış edib.
Qeyd edək ki, sentyabrın 25-26-sı tarixlərində keçiriləcək iclaslarda müxtəlif mövzular üzrə müzakirələr aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaqdır.