Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün 13:30 radələrində Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunda qeydə alınıb.

“Range-Rover” və “NİVA” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Şamaxı Diaqnostika Mərkəzinə aparılıb. Xəsarət alan şəxslərin adları hələlik məlum deyil.