Ötən gün “Qalatasaray”la “Fənərbaxça” arasında keçirilən derbi oyunu ölümə səbəb olub.

Unikal.org xəbər verir ki, stadionda matçı izləyən iki azarkeş arasında mübahisə düşüb. Aralarındakı münasibəti aydınlaşdırmağa çalışan şəxslər bu gün yenidən görüşmək qərarına gəliblər. Nəticədə adları açıqlanmayan azarkeşlərdən biri digərini bıçaqlayaraq qətlə yetirib. Onun meyiti yaşadığı evin həyətində tapılıb.

Faktla bağlı polis araşdırma aparır.