16 Oktyabr 2019
15 Oktyabr 2019
Arif Hacılı başqanlığa namizədliyini irəli sürdü
Arif Hacılı başqanlığa namizədliyini irəli sürdü CƏMİYYƏT 16:05 2019-09-30

Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılı yenidən başqanlığa namizədliyini irəli sürüb.

Unikal.org-un xəbərinə görə, bu barədə Arif Hacılı özünün “Facebook” səhifəsində yazıb.

O bildirib ki, sabahdan seçki kampaniyasına başlayır: “Bakıda və rayonlarda qurultay nümayəndələri ilə görüşlərim olacaq”.

A.Hacılı qeyd edib ki, Azərbaycan siyasi partiyalarının tarixində ilk dəfə namizədlərin debatı da olacaq.

Arif Hacılının namizədliyini irəli sürməsi ilə Müsavat başqanlığına namizədlərin sayı 3-ə çatıb.

Yadigar Sadıqlı və Tofiq Yaqublu da rəsmi olaraq Müsavat başqanlığına namizədliklərini irəli sürüblər.

Müsavat Partiyasının növbəti qurultayının oktyabrın 12-də keçirilməsi nəzərdə tutulub.