Bu gün Bakı-Sumqayıt yolunda dəhşətli qəza baş verib.

Unikal.org-un məlumatına görə, Sumqayıtdan Bakı istiqamətinə gələn “Mercedes” markalı avtomobil evakuatorla toqquşub. Hadisə zamanı “Mercedes” markalı avtomobil yararsız hala düşüb, sürücü ağır yaralanıb. 

Hadisə zamanı Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.

Elvin Rüstəmov