Bakıda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 800 manat və 5150 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini G.Qəfərli saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.