Müğənni Niyam Salaminin "Maşın" şoudan Aqşin Fateh və Nazim Pişiyarini uzaqlaşdırması ən çox Kərim Abbasovu sevindirib.

Unikal.org  xəbər verir ki, bununla bağlı Kərim sosial şəbəkədə paylaşım edib.

O, yayımladığı videoda "Mənim torbamı tikənlər, sizin torbanızı mən tikdim. şükür sənə Rəbbim. Səs verən dostlara təşəkkür edirəm. Həftənin birinci günü "Maşın" şouda bütün kartları mən açacam" sözlərini yazıb.

Kərim daha sonra oyunun iştirakçılarının qaldığı otelə yollanaraq, Niyamla görüşüb.