18 Oktyabr 2019
Şahin Mustafayev baş katiblə görüşdü - FOTO
Şahin Mustafayev baş katiblə görüşdü -FOTO İQTİSADİYYAT 17:37 2019-10-07

İqtisadiyyat naziri Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreyevlə görüşüb.

Unikal.org xəbər verir ki, görüşdə Azərbaycanın TDƏŞ üzvü olan ölkələrlə iqtisadi sahədə əlaqələrinin inkişafı, 2019-cu il 14-15 oktyabr tarixlərində Bakıda keçiriləcək TDƏŞ-in VII Zirvə Toplantısı və bu tədbir çərçivəsində biznes-forumun təşkili məsələləri müzakirə edilib.

TDƏŞ baş katibi ilə həmçinin, üzv ölkələr arasında iqtsadi-ticarət əməkdaşlığının genişləndirilməsində önəmli rol oynayacaq Birgə İnvestisiya Fondunun yaradılması barədə fikir mübadiləsi aparılıb.