17 Noyabr 2019
16 Noyabr 2019
Öldü zənn etdilər - dəfnindən sonra qayıtdı
Öldü zənn etdilər -dəfnindən sonra qayıtdı DÜNYA 20:58 2019-10-11

İndoneziyada öldüyü zənn edilən 40 yaşlı kişi evinə qayıdıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bir neçə gün öncə dəhşətli yol qəzası baş verib. Motosikletin ağaca çırpılması nəticəsində bir nəfər həlak olub. Cəsəd tamamilə tanınmaz halda olduğundan motosikletə görə, onun Ali Kanta olduğuna qərar veriblər. Meyid ailəsinə təhvil verilib.

Onu adətə uyğun şəkildə dəfn ediblər. Ali Kanta isə öz ölüm xəbərinə dostlarından öyrənib. O, yanlışlığı düzəltmək üçün evə gəlib. Məlum olub ki, həlak olan Kanta yox, onun tanışı Variim olub. O, motosikleti borc qarşılığında girov qoyubmuş. Variim isə motosikletdən istifadə edirmiş. Varimin ailəsi onun sadəcə məzar daşını dəyişməklə kifayətlənib.