18 Noyabr 2019
17 Noyabr 2019
Gəncə hadisələrində ittiham edilən şəxsdən XƏBƏR VAR
Gəncə hadisələrində ittiham edilən şəxsdənXƏBƏR VAR HADİSƏ 11:29 2019-10-14

Gəncə hadisələri ilə bağlı ittiham olunan Zabil Məmmədov azadlığa buraxılmaq üçün Ali Məhkəməyə müraciət edib. 

Unikal.org xəbər xəbər verir ki, o, barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib. Z.Məmmədov müraciətində günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyir. 

Şikayət hakim Tahir Kazımovun icraatına verib. 

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb. 

Xatırladaq ki, rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.

Gəncə hadisələri ilə bağlı, təxminən, 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Məmmədov 8 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhləməsi onun cəzasını 5 ilə endirib.

Əli Osmanov