13 Noyabr 2019
12 Noyabr 2019
İlham Əliyev Yaponiyanın Baş Nazirinə başsağlığı verdi
İlham Əliyev Yaponiyanın Baş Nazirinə başsağlığı verdi SİYASƏT 12:02 2019-10-15

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Baş Naziri Şinzo Abeyə başsağlığı məktubu göndərib. 

Unikal.org xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Baş Nazir,

Ölkənizdə baş vermiş “Hagibis” tufanı nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yaponiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".