Adı xəyanətdə hallanan türkiyəli aktyor Kıvanc Tatlıtuğ səssizliyini pozub.

Unikal.org Türkiyə KİV-nə istinadən xxəəbər veirr ki, həyat yoldaşı Başak Dizeri "Victoria's Secret"  "mələyi"  Sara Sampaio ilə aldatdığı iddia edilən aktyor məsələ ilə bağlı açıqlama verilib. 
Tatlıtuğ "Haqqımda yayılan əsassız xəbər və rəylər əleyhinə qanuni haqqlarımız istifadə edəcəyəm" deyə bildirib.  O bu barədə "tvitter"də yazıb:

"Son zamanlar müxtəlif hadisələr üzərindən haqqımda yayılan xəbərləri səssizcə izləyirəm. Mənim aktyorluğum və ya gördüyüm işlərlə bağlı hər zaman istədiyiniz tənqidi etmə hüququna maliksiniz. Ancaq bir neçə gündür ailəm və evliliyim haqqında yayılan xəbərlər şəxsiyyətimi və ailə müqəddəsliyini heçə sayacaq hala gəlib.

Həyat yoldaşımla hələ heç bir münasibətim başlamadığı bir dövrdə - 2013-ci ildə reklam filmi çəkdiyim və bir daha heç qarşılaşmadığım iş yoldaşımla "bir əlaqə yaşayırmı" başlığıyla yalan xəbər yaymaq məqsədi  mənə heç aydın deyil.