17 Noyabr 2019
16 Noyabr 2019
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı İQTİSADİYYAT 00:35 2019-10-16

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 14-də 62,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,67 dollar/barel azdır.

Unikal.org  xəbər verir  ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 60,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,51 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 53,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5,56 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 59,09 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,83 dollar/barel azdır.