15 Noyabr 2019
14 Noyabr 2019
75 yaşlı qadın ana oldu
75 yaşlı qadın ana oldu DÜNYA 19:27 2019-10-16

Hindistanda yaşayan 75 yaşlı Prabxa Devi süni mayalanma yolu ilə uşaq dünyaya gətirib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, körpə hamiləliyin 30-cu həftəsində qeysəriyyə yolu ilə doğulub. Yenidoğulan qızın çəkisi 700 qr olub.

"Ananın yaşını nəzərə alaraq, uşağı əməliyyat ilə götürməyə qərar verdik. Hazırda, o, küvezdədir. Körpəyə daim nəzarət edirik. Onun çəkisi 1.5 kiloya çatdıqdan sonra evə buraxacağıq" deyə, həkimlər bildirib.

Qeyd edək ki, körpənin atasının 80 yaşı var.