17 Noyabr 2019
16 Noyabr 2019
Bakıda taksi sürücüsünü döydülər
Bakıda taksi sürücüsünü döydülər KRİMİNAL 19:28 2019-10-19

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edən Qazax rayon sakini A.Bağırov oktyabrın 17-də saat 19 radələrində idarə etdiyi “Opel” markalı avtomobilə sərnişin qismində minən 2 nəfərin onu döyərək 88 manat pulunu və mobil telefonunu apardıqlarını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a bildiriblər ki, keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlərdən Gəncə şəhər sakini S.Ələkbərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb, digər şəxs isə müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.