Ağdaş rayonunun Bulaqotağı kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, oktyabrın 20-də saat 17 radələrində Ağdaş rayonunun Bulaqotağı kəndi ərazisində kənd sakini R.Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən Ağdaş şəhər sakini Əlibala Məmmədovu vurmuş və velosipedçi Yuxarı Şirvan kanalına yıxılıb. 

Ə.Məmmədovun meyiti sudan çıxarılıb.

Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.