Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Tbilisi İpək Yolu Beynəlxalq Forum”u çərçivəsində “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası  Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Yığıncaqda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin (BTNM BA HŞB) İdarə Heyətinin tərkibinə dəyişikliklərin təsdiq edilməsi məsələsinə baxılıb. “Batumi Dəniz Limanı” MMC-nin (Gürcüstan) birliyin üzvlüyündən çıxması, “TIS Container Terminal” MMC-nin (Ukrayna) və “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin (Azərbaycan) üzvlüyə qəbul edilməsi müzakirə olunub. Bu ilin 9 ayı ərzində BTNM marşrutu üzrə təsdiq olunmuş daşınma həcmlərinin yerinə yetirilməsi, “Kazmortransflot” MDGŞ-nin son 6 ayda fider xəttinin fəaliyyəti,  “Kazmortransflot” MDGŞ və Konsorsium arasındakı fider daşınması üzrə müqavilənin güzəşt müddəti bitdikdən sonra uzadılması nəzərdən keçirilib. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin fider gəmilərinin BTNM marşrutu (Aktau - Bakı - Aktau istiqaməti) üzrə konteynerlərin daşınmasında istifadəsi, 2020-ci il üçün BTNM marşrutu üzrə tarif dərəcələrinə ilkin baxılması müzakirə mövzusu olub.  Aktau-Bakı (Ələt) mənzilində və əks istiqamətdə fider gəmilərin iştirakı ilə 45 futluq konteynerlərin daşınması üçün tarif dərəcələrinin təsdiqlənməsi və digər məsələlərə də diqqət çəkilib. "Kazmortransflot" şirkətinin son yarım ildə Aktau-Bakı fider xətti üzrə konteyner daşınmaları sahəsindəki fəaliyyəti barədə hesabat dinlənilib, şirkətin müqavilə müddətinin uzadılması barədə razılıq əldə olunub.

Müzakirələrdə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutundan səmərəli istifadə, dəhlizin potensialından faydalanmaq, bu marşruta yük axınının cəlb edilməsinin zəruriliyi vurğulanıb.

Toplantıda Gürcüstanla yanaşı, Azərbaycan, Qazaxıstan, Ukrayna, Polşa, Türkiyə və Rumıniyadan olan dəmir yolu idarələrinin nümayəndələri, liman və loqistika şirkətlərinin 60-dan çox təmsilçisi iştirak edib.

İclasın sonunda Azərbaycan tərəfinin təklifləri nəzərə alınmaqla yekun sənəd imzalanıb.

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Tbilisi İpək Yolu Beynəlxalq Forum”u çərçivəsində “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası  Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib.

Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.