18 Noyabr 2019
17 Noyabr 2019
Gələn il keçmiş prezidentin və ailə üzvləri üçün ayrılacaq məbləğ açıqlandı
Gələn il keçmiş prezidentin və ailə üzvləri üçün ayrılacaq məbləğ açıqlandı İQTİSADİYYAT 16:00 2019-10-23

Gələn il üçün Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı üçün ayrılan vəsait məlum olub.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib ki, Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı üçün 327 min 170 manat vəsait ayrılacaq.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.