Bu gün Amil Xəlilin təqdimatında yayımlanan «Gəl dərdini danış»da zorlandığını deyən Nuranə üçün qarşı tərəf inanılmaz görüntülər efirə təqdim edib.

Unikal.org xəbər verir ki, görüntülərdə Nuranə həm ailəyə hücum edir hətta gecə saatlarında «sevdiyi» oğlanın avtomobilini bıçaqla ziyan yetirir.

Nuranənin anası baş verənlərlə bağlı açıqlama verib. O ağlayaraq bəzi analara səslənib:

"Özünü dənizdən atan, intihar edən qızlarımız məhz valideyn dəstəyi olmadığı üçün belə addımlar atırlar. Amma mən qızımı atmadım. Ona dəstək oldum. Qızıma görə ərim də , qohumlarım da məndən üz çevirdi. Analar mənə dəstək olun" deyə Nuranənin anası səslənib. 

Qeyd edək ki, verilişin əvvəlində Şabran sakini Şövkət nənənin çıxışı da ürəkləri dağlayıb. Mülkünü nəvəsinə bağışlayan nənəni nəvə küçəyə atıb. Nəvənin açıqlamları isə ekspertləri özündən çıxardıb. 

Xatırladaq ki, veriliiş Amil Xəlilin təqdimatında həftə içi hər gün saat 12:20 də Space Tv-də yayımlanır…