Şəkidə taxıl səpininə gedən yük maşını dərəyə aşıb, 2 nəfər xəsarət alıb. 

Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Təzəkənd kəndi ərazisində baş verib.

Belə ki,dağlıq əraziyə taxıl səpini üçün taxıl aparan "Kamaz" markalı yük avtomobili dərəyə aşıb.

Nəticədə 2 nəfər aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.