ABŞ-ın Texas ştatında silahlı insident baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Texas A&M universitetində təşkil olunan məzun gecəsində qeydə alınıb. Silahlı hücum nəticəsində azı iki nəfər həlak olub, 10 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım briqadası və polis əməkdaşları cəlb olunub. Cinayətin motivləri məlum deyil.