Bakıda iki avtomobil toqquşub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Rəşid Behbudov küçəsində qeydə alınıb.

Hadisə şahidlərinin dediyinə görə, yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil arxadan "Opel" markalı avtomobilə, daha sonra ərazidəki yaşayış evinə çırpılıb.

Hadisə zamanı xəsarət alanların olduğu bildirilir. Qəza nəticəsində xəsarət almış "Opel"in sürücüsü təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.