Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunda qeydə alınıb.

Avtomobil yolu keçən Verdiyev Seyidağa Elçin oğlunu vurub. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona kəllə-beyin travması və üz sümüyünün sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.