“Yuventus”un sabiq yarımmüdafiəçisi Klaudio Markizio silahlı qarətə məruz qalıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, dünən axşam saatlarında futbolçunun evi 4 nəfər tərəfindən qarət olunub. Soyğunçular Markizionu və həyat yoldaşını silahla hədələyiblər. Bundan sonra, futbolçu pul və qiymətli əşyalarını onlara vermək məcburiyyətində qalıb.

Hadisənin polis tərəfindən araşdırıldığı bildirilir.