23 Noyabr 2019
22 Noyabr 2019
Mehriban Əliyeva uşaqlarla belə söhbət etdi - FOTOLAR
Mehriban Əliyeva uşaqlarla belə söhbət etdi -FOTOLAR CƏMİYYƏT 17:11 2019-10-31

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Bakının Nərimanov rayonundakı 64 saylı körpələr evi-uşaq bağçasında olub.

Unikal.org xəbər verir ki, Birinci vitse-prezidentə bu körpələr evi-uşaq bağçasında görülən əsaslı təmir işləri barədə məlumat verildi.

Bildirildi ki, körpələr evi-uşaq bağçası 1963-cü ildə inşa olunub. Heydər Əliyev Fondu tərəfindən 2018-ci ildə binada əsaslı təmir işləri həyata keçirilib. İki mərtəbə və iki korpusdan ibarət körpələr evi-uşaq bağçası 95 yerlikdir və beş qrupdan ibarətdir.

Qruplarla tanış olan Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla söhbət etdi.

Qeyd edək ki, binada təmir işləri zamanı infrastruktur yenidən qurulub, həyətyanı sahə abadlaşdırılıb, yaşıllıq salınıb. Uşaqların əylənməsi məqsədilə bağçanın həyətində yelləncəklər qurulub.

  • Mehriban Əliyeva uşaqlarla belə söhbət etdi -FOTOLAR