06 Dekabr 2019
Azərbaycanda 6 ballıq zəlzələ oldu
Azərbaycanda 6 ballıq zəlzələ oldu CƏMİYYƏT 09:24 2019-11-08

Yerli vaxtla saat 02:47-də İran ərazisində zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Unikal.org-a verilən məlumata görə, zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı, Masallıda hiss edilib.

Yeraltı təkanlar 6 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.