17 Noyabr 2019
16 Noyabr 2019
Azad Rəhimov vətəndaşlarla görüşdü - FOTO
Azad Rəhimov vətəndaşlarla görüşdü- FOTO İDMAN 13:37 2019-11-08

Bu gün Gənclər və İdman  naziri  Azad  Rəhimov  Göyçay rayonunda Mingəçevir, Ağdaş, Ağsu, Göyçay  şəhər və rayonlarından olan vətəndaşları  qəbul  etmişdir.

Unikal.org xəbər verir ki, qəbulda  15  nəfər  vətəndaş iştirak edib.

Müraciətlər sırasına “Gənclər evi”nin və  müxtəlif idman qurğusunun tikintisi və təmiri, qurğulara  idman avadanlıqlarının verilməsi,  yerlərdə təlim-məşq toplantısının keçirilməsi üçün dəstək göstərilməsi,   idman  klubunun yaradılması və   fəxri adların,  məşqçilik dərəcələrinin verilməsi  daxil idi.

Müraciətlərin  bir  qismi  yerindəcə  həll  edilmiş, nazirliyin  səlahiyyətlərinə  aid olmayan müraciətlərin isə qeydə alınaraq aidiyyəti   üzrə  göndəriləcəyi  bildirilmişdir. Müraciətlərin bir  qismi isə  baxılması  üçün  icraya  yönəldilib.


  • Azad Rəhimov vətəndaşlarla görüşdü- FOTO
  • Azad Rəhimov vətəndaşlarla görüşdü- FOTO
  • Azad Rəhimov vətəndaşlarla görüşdü- FOTO