Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edən paytaxt sakini R.Şabanova noyabrın 13-də saat 1 radələrində rayon ərazisində 1 nəfərin ona zor tətbiq edərək 200 manat dəyərində qızıl boyunbağısını aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini S.Əsədov saxlanılıb.