Gəncə şəhərində ana və övladı dəm qazından zəhərlənib.

Unikal.org xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində baş verib.
İlkin məlumata görə, Gəncə şəhər sakinləri 34 yaşlı Gülnaz Tahirova və və onun 9 yaşlı oğlu Rəsul Tahirov dəm qazından zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.
Hər iki şəxsə tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanılıb.(Baku.ws)