İngiltərə milli komandası AÇ-2020-nin seçmə mərhələsində Kosovonu məğlub edib – 4:0.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Qaret Sautqeytin rəhbərlik etdiyi kollektiv 2019-cu ildə keçirdiyi oyunlarda 38 qol vurmağı bacarıb. Bu, ingilislərin son 111 ildə ən yaxşı göstəricisidir. Bundan əvvəl 1908-ci ildə İngiltərə yığması bir il ərzində 39 qol vurmağı bacarmışdı.

AÇ-2020-nin seçmə mərhələsinin A qrupunda yer alan İngiltərə millisi keçirdiyi 10 oyunda 37 qol vurub.